Bakıda 19 yaşlı qız özünü balkonundan atdı- qonaq getdiyi evdə-VİDEO
12.02.2016 2337 0
Bakıda intihara cəhd olub.
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Əliyar Əliyev küçəsi ev 26, mənzil 109 ünvanında qeydə alınıb.
Həmin ünvanda qonaq olan Beyləqan rayon sakini, 1997-ci il təvəllüdlü Tamara Vidadi qızı Abbasova binanın 4-cü mərtəbəsindən özünü atıb. Hadisə yerində olan şəxslər T. Abbasovanı xəstəxanaya çatdırıblar. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, T. Abbasova sevdiyi oğlandan ayrıldığı üçün bu addımı atıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər