Bakıda 16 yaşlı yeniyetmə dənizdə boğulub
27.07.2015 526 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, Xəzər dənizidə ölümlə nəticələnən hadisə baş verib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə, Sabunçu rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1999-ci il təvəllüdlü Abbasov Əmrah Qədir oğlunun suda batması haqqında məlumat daxil olmuşdur. Ə.Abbasovun cəsədi batdığı yerdən 10 metr aralıda, “Nardaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 18:40-da başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar