Bakıda 131 binanın sakinləri köçürüləcək
25.04.2016 1108 0.0 0

Bakıda şəhərində qəzalı binaların sökülərək, əvəzində müasir binaların tikintisinə start verilir.

“Qafqazinfo” xəbər verir ku, bu məqsədlə Nizami rayonunda sakinlərlə rayon rəhbərliyi arasında görüş keçirilib. Görüşdə qeyd edilib ki, 50- 60-cı illərdə rayon ərazisində inşa edilən və hal-hazırda qəzalı vəziyyətdə olan 131 yaşayış binası var, həmin binalar mərhələli şəkildə sökülərək hündür mərtəbəlilərlə əvəz olunacaq.

İcra başçısı Arif Qasımov qeyd edib ki, dövlət tam olaraq bu tikintiləri nəzərət edəcək:

“Ona görə heç bir MTK tikintini yarıda qoya bilməz. Mənzillərin təhvil verilməsinə qədər dövlət nəzərət edəcək. İlkin olaraq Nizami rayonunda 6 binanın sökülməsi nəzərdə tutulub”.

İcra başçısının müavini Qərib Məmmədov bildirib ki, hazırda Mehdi Abbasov, Nəsimi, Çobanzadə küçəsində və başqa küçələrdə iki mərtəbəli binaların sökülməsi nəzərdə tutulub.

Dəvət olunan şirkətlərlə vətəndaşlar arasında qarşılıqlı razılaşma əsasında müqavilələr bağlanılıb və sakinlər kirayə mənzillərə köçürüləcək. Kirayə mənzillərin haqqı həmin şirkət tərəfindən binaların tikildiyi müddət ərzində ödəniləcək. Rayon ərazisində yenidənqurma işlərini həyata keçirəcək şirkətlərdən biridə “VESTA CONSTRUCTİON” şirkətidi. Şirkət müasir binaların inşa edilməsi üçün yeni lahilələr hazırlayıb. Əsas məqsəd isə əhalinin müasir tam təmirli və münasib qiymətli mənzillərlə təmin etməkdi. Ən vacib məqam isə hər kəsin ev sahibi olması prinsipidi.

Qeyd edək ki “VESTA CONSTRUCTİON” şirkəti mənzilləri bazar qiymətindən 30-50 % aşağı təklif edəcək./qafqazinfo.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar