Bu günlərdə saytımıza ölkənin birinci Avropa Oyunlarına hazırlaşdığı dövürdə Bakı küçələrində baş verən bəzi xoşa gəlməz halları əks etdirən video görüntü daxil olub.
Xatırladaq ki, mənbənin bildirdiyinə görə video kadırlar son 1 həftə ərzində paytaxt Bakının küçələrində lentə alınıb.Bizə göndərilən videolardan da görəcəksiniz ki, kadırlarda görünən ilk yük maşını pis qoxan heyvan peyini ilə doludur və yolun asfalt örtüyünə dağıla-dağıla hərəkət edir.Qazeta.info-ya daxil olan məlumata görə həmin yük avtomobili Binəqədi Yol Polis İdarəsinin qarşısından keçməklə Mehdiabad qəsəbəsinə daxil olmadan Balaxanı yoluna dönür.
İkinci çəkilmiş kadrlarda isə kuzovundan toz torpaq qalxan yük avtomobilinin necə sürətlə hərəkət etdiyi və ətrafa toz-torpaq "yağdırdığı" açıq aydın görünür.Xatırladaq ki, ikinci yük avtomobili "Təmiz Şəhər" ASC-nin, Akkord şirkətlər qrupu və bir neçə kərpic zavodun fəaliyyət göstərdiyi Balaxanı ərazisində çəkilib.
Sonuncu kuzovundan ətrafdakı insanların üzərinə toz püskürən yük maşını isə Azadlıq prospekti tərəfdən hərəkət etməklə yenə də Binəqədi Yol Polis idarəsinin qarşısından keçən Bakı Şəhər İçra hakimiyyətinə məxsus 99JE805 dövlət nömrə nişanlı yük avtomobilidir ki, binalardan sökülən fasad tulantıları açıq aydın görünür.