Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacağı tarix açıqlanıb
25.01.2016 603 0.0 0

1 fevral 2016-cı ildən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrut ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.
 
“Azərbaycan Dəmir Yolları” sərnişinlərin nəzərinə çatdırır ki, 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı sərnişin stansiyasından yola düşəcək, 01:10-da Yalama stansiyasına çatacaq, 03:30-da Yalama stansiyasından yola düşəcək, 09:15-də Bakı sərnişin stansiyasına çatacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar