“Son vaxtlar Bakı və Abşeron yarımadasındakı mövcud sürüşmə sahələrində hər hansı bir aktivlik baş verməyib”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
O qeyd edib ki, Zığ, Masazır, Bayıl, Şəhidlər Xiyabanı, “Gülüstan” sarayı ətrafındakı sürüşmə sahələrinin dinamikasında aktivlik qeydə alınmayıb: “Sürüşmə sahələrində quraşdırılmış mayaklarda hər hansı bir dəyişiklik baş verməyib. Sürüşmə sahələrində aktivlik adətən mərhələli şəkildə baş verir. Bir müddət sahədə hər hansı bir dəyişiklik baş vermir. Daha sonra atmosfer çöküntülərinin təsirindən proses aktivləşir və yenidən dayanır. Hazırda Bakı və Abşerondakı sürüşmə sahələrində proses dayanma mərhələsindədir”./apa/