Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır
25.09.2017 652 0.0 0

 

"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar.

 

Məlumata görə, bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.


Məlumatda deyilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması "Gürcüstan Dəmir Yolları"nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. "Bunu nəzərə alaraq biz "Gürcüstan Dəmir Yolları"nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik", - deyə məlumatda vurğulanıb.
 

Bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq.


Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.


Layihənin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana 775 mln. dollarlıq kredit ayırıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar