Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatır
29.08.2017 689 0
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sentyabr ayında başa çatacaq.
Məlumata görə, bunu “TRT Haber” telekanalına müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan deyib.
Onun sözlərinə görə, hazırda layihənin Gürcüstan ərazisində tamamlanma işləri həyata keçirilir.
Nazir qeyd edib ki, tikinti başa çatdıqdan sonra, gələn ay ərzində dəmir yolunun açılışı baş tutacaq.
O, həmçinin əlavə edib ki, Qarsda logistika mərkəzinin tikintisi üzrə işlər aparılır./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər