Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda “Ford” markalı mikroavtobusun ağır qəzaya uğraması nəticəsində xəsarət alan xəstələrdən 5-i bu gün səhər evə buraxılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 14 yaralıdan beşi bu gün səhər evlərinə buraxılıb. Hazırda xəstəxanada 9 yaralı müalicəsini davam etdirir.
Bakı şəhər Kliniki Tibbi Mərkəzində müalicə olunan üç nəfərin vəziyyəti isə ağırdır.
Qeyd edək ki, ötən gün Bakı-Sumqayıt yolunda baş verən yol qəzasında mikroavtobusda olan sərnişinlərdən 5 nəfər ölüb, müxtəlif dərəcəli bədən xəsarətləri alan 18 nəfər Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına, 3 nəfər isə Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.