Bakı-Sumqayıt qatarında gediş haqqı ucuzlaşır
04.11.2016 568 0.0 0

Noyabrın 5-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiyməti aşağı salınacaq.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, noyabrın 5-dən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının “biznes-klass” vaqonunda gediş qiymətində dəyişiklik ediləcək.

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) istiqamətində “biznes-klass” vaqonlarında gediş haqqı 1 manat 60 qəpikdən 1 manat 20 qəpiyə endiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar