Bakı sakini özünü 16-cı mərtəbədən atıb
12.05.2017 903 0
Bakıda intihar hadisəsi baş verib.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Telnov küçəsi ev 2347/48, mənzil 918 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Elgün Xalid oğlu Əsədov yaşadığı binanın 16-cı mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
Polisdən həmçinin bildirilib ki, E. Əsədov Dövlət Neft Şirkətinin Neft-Qaz Tikinti Trestində quraşdırıcı işləyib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər