2017-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,6% azalaraq 18,4 mlrd. manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 81,9%-i mədənçıxarma, 15,6%-i emal, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,2% olub. Ümumi istehsalın 85,8%-i sənaye məhsulunun istehsalı, 14,2%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-i vəziyyətinə 382,7 mln. manatlıq hazır məhsul olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 15,6 mln. manat məbləğində digər məhsullar da mövcud olub./apa/