Bakı metrosunda yeni stansiya (VİDEO)
22.09.2015 1359 0.0 0

Metronunu "Cəfər Cabbarlı" stansiyasının təmirə bağlanmış çıxışı bu gündən sərnişinlərin istifadəsinə verilib. 

ANS –nin məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin stansiyada təmir işlərinin nəzərdə tutulmuş vaxtdan tez yekunlaşdığını açıqlayıb. Bu da yeni dərs ilinin başlaması ilə bağlı metroda müşahidə edilən sıxlıqla əlaqədardır. 

Nəsimi Paşayev həmçinin qeyd edib ki, təmir işləri fevral ayından başlamışdı. Belə ki, xəttin biri bağlanıb, qatarlar ancaq biri ilə hərəkət edirdi.

Yarımçıq qalmış bəzi işlər gecə saatlarında həyata keçiriləcək.

“Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasında hərəkət edən qatarların interval da əvvəlki vəziyyətə qaytarılıb. Yəni qatarlar 10 dəqiqə yox 8 dəqiqə intervalla hərəkət edirlər. Bundan sonra tuneldə korroziyadan təmizləmə və boyaq işləri aparılacaq. Görüləcək işlər gecə satlarında qatarlar xəttdən çıxarıldıqda sonra həyata keçiriləcək. Bu işlər qatarların hərəkətində heç bir maneə yaratmayacaq. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar