Bakı metrosunda və vağzalda polislər çoxaldı
27.11.2015 596 0.0 0

Dünən axşam saatlarından etibarən Bakı Metropoliteninin təhlükəsizliyinin təminatı və mühafizə tədbirləri gücləndirilib.

 Məlumata görə, metro stansiyalarında girişddə nəzarət-yoxlanış funksiyalarının yerinə yetirilməsi üçün DİN-in Çevik Polis Alayının 126 əməkdaşı işə cəlb olunub.
Onlar metrostansiyaların girişlərində "adi" polisləri əvəzləyiblər. Eyni zamanda, stansiyalara daxil olan sərnişinlərin yoxlanılması üçün polis əməkdaşlarına əlavə, ən son model metal detektorları da verilib. Bəzi stansiyalarda, xüsusilə "28 May"da platformalarda da polis nəfərlərinin sayı artırılıb.
Bakı metropolitenində polisin gücləndirilmiş iş rejiminin nə zaman başa çatacağı barədə rəsmi məlumat verilmədi.
Eyni zamanda, Bakı Dəmiryol Vağzalında da təhlükəsizlik tədbirləri gücləndirilib./
Milli.Az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar