Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Bakı Metropoliteninin Qara Qarayev stansiyasında qeydə alınıb. Platformada olan sərnişinlərdən biri qəfildən vəfat edib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib: “Yaşlı bir kişi platformada olan zaman özünü pis hiss etdiyi üçün təcilli tibbi yardım çağırılıb. Lakin həkimlər gələnədək o dünyasını dəyişib. Hazırda araşdırma aparılır”.
Bildirək ki, metroda ölən sərnişinin şəxsiyyəti müəyyənləşib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev açıqlamasında bildirib ki, araşdırmalar nəticəsində dünyasnı dəyişən şəxsin, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Həsənov Emin Hüseynağa oğlu olması müəyyən edilib. E. Hüseynov həkim olub. İlkin ehtimala görə, o ürəktu tmasından vəfat edib.