Bakı metrosunda növbəti dəfə problem yaşanıb. Hadisə yerindən verilən məlumata görə, "İçərişəhər"dən gələn qatar "Gənclik" stansiyasına çatmamış tuneldə qalıb.
Bildirilir ki, qatar tuneldə 10 dəqiqə yaxın qalıb. Daha sonra isə sərnişinlər "Gənclik" stansiyasında təxliyyə edilib. Sərnişinlərdən bəzilərinin halı pisləşib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, qatarın tuneldə qalmasına səbəb həmin qatarda nasazlığın yaranmasıdır.
""İçərişəhər"dən "Həzi Aslanov"a hərəkət edən 3 saylı qatarda problem yaranıb. Bu səbəbdən sərnişinlər təxliyyə edilib və qatar depoya göndərilib. Sərnişinlərin daşınması üçün növbəti qatar işə salınıb", deyə N. Paşayev bildirdi./anspress/