Bakı metrosunda həyəcanlı anlar (VİDEO)
15.08.2015 1189 0.0 0

Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

ANS TV-nin məlumatına görə, kütləvi informasiya vasitələrində yayılan görüntülərə əsasən bu gün səhər saatlarında metronun “20 Yanvar” stansiyasında platformada orta yaşlı xanım ilk olaraq ürəyindən şikayətlənib. Sonra o, yerə yıxılıb. Səbəb kimi isə qatarda olan havasızlıqdan özünü pis hiss etməsi göstərilir.

Məlumatda o da qeyd olunur ki, metropoliten işçiləri təcili tibbi yardımı gec çağırdıqları üçün xanımın vəziyyəti olduqca pisləşib. Buna görə də qadın uzun müddət huşsuz halda qalıb. 

Baş vermiş hadisə ilə əlaqədar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, metropolliten işçiləri təcili yardım əməkdaşlarını vaxtında çağırıb. Xanıma ilkin yardım göstərildikdən sonra o, özünə gəlib. 

Hazırda orta yaşlı xanımın vəziyyəti yaxşıdır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar