Bakı metrosunda bunları etməyin: CƏRİMƏSİ VAR - VİDEO
14.04.2017 970 0.0 0

Hər gün metrodan 700 minə yaxın sərnişin istifadə edir. Amma elə sərnişinlər var ki, onlar yeraltı ictimai nəqliyyat vasitəsinə ziyan vurur. Ən çox da oturacaqlara. Müşahidələr onu göstərir ki, xüsusən də gənc nəsilin nümayəndələri vaqonda əl tutacağına və oturacağa saqqız yapşdırırlar. Belə sərnişinlərə qarşı cərimələr tətbiq edilsə də, görünən odur ki, onların bu əməldən əl çəkmək fikri yoxdur.

Qazeta.info xezerxeber-e istinadla bildirir ki, metronu çirkləndirən sərnişinlərə qarşı cəzaların tətbiq edilməsinə daha ciddi nəzarət ediləcək.

''IV İslam Həmrəyliyi'' oyunları öncəsi Bakıya gələcək turistlərin sayının artacağını nəzəra alan ''Bakı Metropoliten'' QSC-nin əməkdaşları yeraltı ictimai nəqliyyat vasitəsində nəzarəti bir qədərdə gücləndirəcək. Metroda yerə zibil atan, oturacağa və ya əl tutacaqlarına saqqız yapışdıranlar cərimə ediləcəklər. ''Bakı Metropoliten''nin mətbuat katibi Nəsimi Paşayevin sözlərinə görə, hər gün demək olar ki, bu cür hallara rast gəlinir.

Qeyd edək ki, bu cür xoşa gəlməz hala görə inzibati xətalar məcəlləsində bir məsuliyyət var. Gün boyu metro vaqonlarını, platforma və keçidləri müşahidə kamerası vasitəsi ilə izləyən polis yeri zibilləyən sərnişinləri dərhal cərimə edəcək.

Çəkiliş apardığımız ''28-may'' stansiyasında da şahidi olduq ki, sürahiyə və stansiyada olan oturacaqlara saqqız yapışdıran sərnişinlər var. Yaranmış xoşagəlməz mənzərədən xüsusən də yaşlı sərnişinlər narazıdırlar.

Qeyd edək ki, sərnişinlərə qarşı cərimələr standart deyil. Eskalatordan sürahinin üstünə əşya qoyulmasına görə-15, relsrlərə atılan zibilə görə -30, vaqonun qapısını məcburi şəkildə açmaya və siqaret çəkmə hallarına görə- 50, icazəsiz elektrik şəbəkəsindən istifadəyə görə isə 70 manat cərimə tətbiq edilir.

Cərimə olunanlar isə 5 iş günündə yaxınlıqdakı poçt və banklara yaxınlaşıb cərimələrini ödəyə bilərlər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar