Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında ilginc durum baş verib. Bir neçə saat müddətində “Koroğlu” stansiyasındakı turniketlərdə gedişhaqqı 0.3 AZN olaraq sərnişinlərin kartından silinib. Bir çox sərnişin gedişhaqqının 0.2 AZN silindiyini güman etsə də, rəqəmə diqqət edənlər də olub.
Məlumata görə, bununla əlaqədar səhər saatlarında sərnişinlərlə metropoliten işçiləri arasında mübahisə baş verib. Mübahisəyə gedişhaqqının 0.3 AZN olması və metro kartından hımin məbləğin çıxılması səbəb olub. Mübahisə zəminində metropoliten işçiləri gedişhaqqının qalxmadığını iddia etsələr də, sərnişinlərin kartından 0.3 AZN silinməsinə aydınlıq gətirlməyib. Bir neçə saat belə davam etdikdən sonra turniketdə nasazlığın olduğu bildirilib və problem aradan qaldırılıb. Amma sərnişinlərə dəymiş ziyan geri ödənilməyib. Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də, hələlik buna müvəffəq olmadıq./Cebhe.info/