BAKI METROSUNDA BOMBA HƏYƏCANI
24.12.2014 1275 0
Bakıda metroya bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs “102” xidmətinə zəng edərək "“28 May” stansiyasının yanına bomba qoymuşuq” deyə bildirib.
Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən şəxs, Mingəçevir şəhər sakini, 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub.
Onun sərxoş halda olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.//ANS PRESS
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər