Bakı metrosu yeni gediş haqqı kartlarına keçir-FOTO
05.08.2015 601 0.0 0

“Bakı Metropoliteni” QSC gediş haqqına görə “Bakı Kart” vahid nağdsız ödəniş kartlarına keçir. Bu barədə Trend-ə QSC-dən məlumat verilib.

Yeni gediş kartlarının və müvafiq avadanlığın təqdimatı avqustun 6-da keçiriləcək.

Kartların satışa avqustun 8-i çıxarılacağı gözlənilir.

Yeni kartların üstünlüyü ondan ibarətdir ki, onlardan yeraltı nəqliyyatda olduğu kimi, sərnişin avtobuslarında da gediş haqqı üçün istifadə etmək olacaq.

Artıq stansiyalarda “Bakı Kart”ın hesabına vəsait yatırmaq üçün terminallar quraşdırılıb.

Yeni kartların qiyməti 2 manat olacaq.

Hazırda istifadə olunan köhnə kartlar bir şərtlə geri qaytarıla bilər ki, onların qiyməti (2 manat) yeni gediş kartının balansına daxil edilsin.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar