Bakı məktəblərində sağlam təhsil siniflərinin sayı artırılıb
14.08.2017 593 0
Bakıdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilir.
Məlumata görəi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müvafiq əmrinə əsasən, layihə 2017-2018-ci tədris ilində paytaxtdakı 29 tam orta məktəbin 40 sinfini əhatə edəcək.
“Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi məktəblərdə şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir.
Layihə 2016-2017-ci dərs ilində BŞTİ-nin tabeliyindəki 27 tam orta məktəbdə 36 sinifdə icra edilib.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər