Bakı-Ələt avtomobil yolunda təmir işləri başlayıb
10.07.2015 527 0.0 0

Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə təmir-tikinti işləri aparılır. Bu işlər çərçivəsində Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən “Su İdman Oyunları Sarayı”nadək olan hissəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış yerləri bərpa edilir.

Qazeta.info “Azəryolservis”ASC-yə istinadla bildirir ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, daşınır. Daha sonra həmin ərazilər yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanır və asfaltlanma işləri həyata kerçirilir. Təmir-tikinti işləri ilə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və Nəqliyyat Nazirliyi, həmçinin “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altındadır. Aparılan təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda qüvvə cəlb olunub.

Təmir işləri ilə əlaqədar yaranmış müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar