Bakı İstintaq Təcridxanasında məhkum uşaq dünyaya gətirib
09.03.2017 763 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Məlumata görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Hazırlıq iclasında məlum olub ki, X.Bəkirova Bakı İstintaq Təcridxanasında bir neçə gün əvvəl uşaq dünyaya gətirib. Həmin körpəni məhkəmə keçirilən zala Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları gətirib.
Məhkəmənin baxış iclası martın 15-nə təyin edilib.
Qeyd edək ki, hər iki qadın ötən il Bakıda yaşayış mənzillərindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərkən Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, onlar Nərimanov rayon ərazisində bir mənzildən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlayıblar.
X.Bəkirova və G.Bəkirova Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunurlar./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar