"Ermənistan Rusiya üçün əsas hərbi-siyasi oyunçudur".
Məlumata görə, bunu İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev bildirib.
Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq, Ermənistanı Rusiyanın müttəfiqi adlandırmaq daha doğrudur.
O deyib: "Biz Azərbaycanı yalnız şərti, şifahi strateji tərəfdaş adlandırırıq. Bakı İrəvandan daha müstəqildir. Rusiyanın və Ermənistanın hərbi-siyasi əməkdaşlıq səviyyəsi daha yüksəkdir. Birincisi, hərbi hazırlığın səviyyəsi Ermənistanda və Azərbaycanda tamamilə fərqlənir. İkincisi, Azərbaycanda Rusiya hərbi bazası yoxdur".
Ekspert vurğulayıb ki, Azərbaycan ərazisində Rusiya hərbi bazaya, hətta hərbi obyektə malik deyil. Ancaq Rusiya Ermənistanda hərbi bazaya malikdir, Rusiya sərhədçiləri sərhəddə dururlar. Rusiya Ermənistanın təhlükəsizliyin təmin olunması üçün öhdəliyə sahibdir./anspress/