Bakı dairəvi yolunun kənarında çökmə baş verib
24.10.2016 573 0
Bakı dairəvi avtomobil yolunun Bakı Atçılıq Mərkəzinin qarşısındakı hissəsində, yolun kənarında böyük çatların əmələ gəlməsinin səbəbi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, ərazidəki su ötürücülərindən sızma baş verib, yolun kənarındakı tökmə torpaq doyub. O qeyd edib ki, torpağın doyması nəticəsində çökmə baş verib, çatlar buna görə əmələ gəlib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər