Bakı çimərliyində ölüm
02.07.2015 984 0
Ötən gün Bakı çimərliyində bir nəfər batıb.
Məlumata görə, hadisə Xəzər rayonu ərazisindəki çimərlikdə baş verib. Dəniz kənarında, əraziyə nəzarət olunmayan hissədə çimərkən 1986-cı il təvəllüdlü Mehman Şakir oğlu Xanəliyev batıb. Bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşlarına və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə məlumat verilib.
Məlumat daxil olan kimi hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Xilasedicilər Mehman Xanəliyevin cəsədini çimərliyə ən yaxın xilasetmə məntəqəsindən 35 km aralı, nəzarətsiz ərazidə taparaq sudan çıxarıblar.
Meyit müayinə üçün tbbi ekspertiziyaya verilib.
Faktla bağlı araşdırma aparılır./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər