BAKI BÜTÜN KÜÇƏLƏRİNƏ YPX TƏHKİM OLUNDU
04.02.2015 740 0.0 0

Paytaxtın küçə və prospektlərində avtomobillərin dayanma, durma, parklanma qaydalarının pozulmasının qarşısının alınması ilə bağlı daha ciddi addımların atılması zərurəri yaranıb.

Bunu Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, Bakıda şəhərin xüsusən mərkəzi küçələri ilə hərəkət edərkən dayanma, durma, parklanma qaydaları pozulduğu üçün süni sıxlıq və tıxaclar yaşanır: “Baxmayaraq ki, gün ərzində bununla bağlı yol polisi tərəfindən orta hesabla sürücülərə 300-dən artıq inzibati protokol tərtib edilir, yenə də analoji qayda pozuntularının sayı azalmır. Elə təkcə ötən həftə ərzində tərtib edilmiş inzibati protkolları təhlil etdikdə görmək olur ki, xüsusən taksi fəaliyyəti və digər fəaliyyət növləri ilə məşğul olan təxminən 60-a yaxın sürücü bir həftə ərzində 3 dəfə təkrarən eyni xətanı törədib və cəzalandırılıb. Bu isə ciddi narahatlıq doğurur. Beləliklə, daha ciddi addımların atılması zərurəri yaranıb”.//Trend

V.Əsədov bildirib ki, bununla əalqədar BŞDYPİ-nin əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb: “Yol polisi əməkdaşları paytaxtın küçə və prospektlərində yol nişanlarının təsir zonasında dayanma, durma, parklanma tələblərinin pozulmasının qarşısının alınmasının məqsədilə gün ərzində nəzarəti gücləndirmiş formada xidmət aparırlar. Artıq siyahı hazırdır. Konkret olaraq hər kəs müəyyən küçə və prospektlərə təhkim edilib və dislokasiya üzrə xidmət aparılır. Bir daha xatırladırıq ki, qanunun tələblərinin yerinə yetirilməsi bütün hərəkət iştirakçılarının ləngimədən, vaxt itirmədən, fasiləsiz, rahat, təhlükəsiz mənzil başına çatmasını təmin etməyə gətirib çıxarır. Görülən bu tədbirlər də paytaxt sakinlərinin məhz yollarda rahatlığı naminə edilir”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar