Bakıda yeniyetmə oğlanın bir neçə metr hündürlükdən yıxılması haqqında xəbərlər yayılıb.
Yerli kütləvi informasiya vasitələrinə istinadla verilən məlumata görə, hadisə bulvarda baş verib. Şahidlər attraksiona minən uşağın təhlükəsizlik kəmərini bağlamadığına görə yıxıldığını bildiriblər.
Qeyd edilib ki, yıxılan uşaq 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev Dənizkənarı Milli Parka anası Firuzə Şahməmmədova ilə gedib.
Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib.
Attraksiondan yıxılan uşağın baş nayihəsindən xəsarət aldığı və xəstəxanaya çatdırıldığı, indi onun vəziyyətinin yaxşı olduğu qeyd edilib.
Bununla belə, heç bir qurum hadisə ilə bağlı müraciətin olmadığını bildirib./anspress/