Bakı bulvarına rəqib gəlir-FOTOLAR
17.02.2015 1168 0
Bakıda tikinti-quruculuq işləri ilə yanaşı, ekoloji vəziyyət də hər zaman diqqət mərkəzindədir. Paytaxt ərazisində və ətraf qəsəbələrdə yerləşən göllər gələcəkdə istirahət guşələrinə çevriləcək.
Hazırda Abşeron yarımadasında 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulub. Bunlar Böyükşor, Zığ, Xocasən, Binəqədi, Lökbatan, Qaradağ, Qu, Zabrat və Bülbülə gölləridir.
Böyükşor gölünün ekoloji vəziyyətinin bərpası "Təmiz şəhər" ASC-nin diqqət mərkəzində olan prioritet məsələdir.
Gölün yaxınlığında Olimpiya stadionu inşa edilib. İlk Avropa oyunlarına qədər hazır olacaq. Digər tərəfdən isə Böyükşor yuxarıda sadalanan göllər arasında ən böyüyüdür.
Bu yaxınlara qədər bu su hövzəsi məişət və neft tullantıları üçün istifadə edilirdi. Gölün səthi o qədər qorxunc idi ki, bir quş da bura qonmağa cəsarət etmirdi. İndi isə Böyükşor köçəri quşların tez-tez gəldiyi məkanlardan birinə çevrilib.
Məqalənin ardını bu keçiddə rus dilində oxuya bilərsiniz.
(Day.az)
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər