Bu gün saat 12 radələrində Salyan rayon ərazisinə yağan dolu Bakı Asrata magistralında bir neçə qəzaya səbəb olub.
Qazeta.info xəbər verir ki, hadisə Bakı-Astara yolunun paytaxt istiqamətində 225 və 240 km-lik hərəkət hissəsində və bu əraziyə əks yolda baş verib.
Bildirək ki, yağan güclü dolu 10-a yaxın avtomobilin idarərtməni itirərək toqquşması ilə nəticələnib.Dolunun avtomobl yolunda buzlu təbəqə yaratması sürətlə hərəkət edən avtobillərin zəncirvari qəzasına səbəb olub. Belə ki, zəncirvari qəza nəticəsində "Mersedes", “Prado”, “Nissan” və digər markalı minik avtomobilləri yüngül əziliblər. “Ford” və “Mercedes” markalı sərnişin daşıyan mikroavtobuslar ciddi əzilməklə yanaşı "Mercedes” markalı mikroavtobus yoldan çıxaraq 100 metr məsafəyə yuvarlanıb.
Xatırladaq ki, qeyd edilən zəncirvari qəza yerindən təqribən 1000 metrlik məsafədə daha bir "Niva" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına düşüb.