Serbiyanın "Mladost" futbol komandası "İnter"lə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün Bakıya gəlib. Məlumata görə, heyətdə sifariş ərizəsindəki bütün 23 futbolçu yer alıb.
Onlar Belqrad - İstanbul - Bakı reysi ilə səhər saatlarında Azərbaycan paytaxtına çatdıqdan sonra şəhərətrafı hotellərdən birində yerləşiblər. Bu gün "Mladost" paytaxt stadionlarından birində, sabah isə oyunun keçiriləcəyi "Dalğa Arena"da məşqə çıxacaq.
"Mladost"un Bakıya gətirdiyi heyət:
Qapıçılar: 1. Nemanya Krznariç, 22. Zlatko Zeçeviç, 23. Draqan Rosiç
Müdafiəçilər: 4. İvan Miloşeviç, 5. Sinişa Saniçanin (Bosniya və Herseqovina), 28. Nikola Andriç, 31. Yanko Tumbaşeviç, 44.Boqdan Miloşeviç, 93. Miloş Şatara (Bosniya və Herseqovina)
Yarımmüdafiəçilər: 8. Stefan Goluboviç, 10. Xusniddin Qafurov (Özbəkistan), 11. Uroş Sinciç, 15. Aleksandar Peyoviç, 17. İvan Pesiç, 20. Nenad Marinkoviç, 27. Vladimir Radivoyeviç, 77. Predraq Pavloviç, 99. Velko Kiyevçanin
Hücumçular: 7. Saşa Yovanoviç, 12. Nenad Qavriç, 14. Miloş Trifunoviç, 18. Obiora Odita (Nigeriya), 32. İvan Markoviç
Baş məşqçi: Nenad Milovanoviç
Qeyd edək ki, görüş saat 21:00-da başlanacaq. /Report/