Bakı-2017: Qadın atletimiz də 6-cı oldu
13.05.2017 736 0
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışları keçirilir.
Məlumata görə, bu gün çəkisi 48 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Mərziyyə Məhərrəmova təmsil edib.
O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edib. Qadın atletimiz təkanla qaldırma hərəkətində 85 kq-ı başı üzərinə qaldıra bilib.
Toplam 151 kq (66+85) nəticə göstərən M.Məhərrəmova 48 kq çəki dərəcəsində 6-cı yeri tutub./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər