Bakı-2017: İki atıcılıq komandamız finala yüksəlib
17.05.2017 463 0.0 0

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın iki komandası 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışının finalına yüksəlib.

Məlumata görə, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət birinci komandamız 473, Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 460 xal yığaraq final mərhələsinə çıxıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar