Bakı-2017: Güləşçimiz final şansını itirdi
18.05.2017 696 0
Azərbaycanın ağır çəkili yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinalda mübarizəsini davam etdirib.
Məlumata görə, final uğrunda mübarizədə idmançımızın rəqibi Özbəkistan təmsilçisi Abdullayev Mumincon olub. Güləşçimiz rəqibinə 8:0 hesabı ilə məğlub olaraq final şansını itirib. Növbəti görüşdə güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər