Bakı-2017: Daha bir güləşçimiz yarımfinalda
20.05.2017 714 0
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Məlumata görə, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda Tociddin Xocayevlə qarşılaşıb.
H.Əliyev bu dəfə də vaxtından əvvəl qələbə qazanıb - 10:0.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər