Bakı-2017: Daha bir güləşçimiz yarımfinalda
18.05.2017 604 0
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finalda ilk görüşünü keçirib.
Məlumata görə, idmançımız yarımfinal uğrunda mübarizədə Pakistan təmsilçisi Xan Musab Akram ilə qarşılaşıb.
S.Şəriəti rəqibinə vaxtından əvvəl - 9:0 hesabı ilə qalib gələrək yarımfinalda mübarizə aparmaq şansı qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər