Bakı-2017: Azərbaycanın 3 üzgüçüsü yarımfinala yüksəlib
15.05.2017 636 0
Azərbaycan üzgüçüləri Boris Kirillov və Nikolay Trarov IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 50 m məsafəyə sərbəst üsulla üzmə yarışında yarımfinala yüksəliblər.
Məlumata görə, təsnifat mərhələsində B.Kirillovun nəticəsi 24.19, N.Trarovun nəticəsi isə 25.48 saniyə olub.
Yarımfinala İndoneziya, Türkiyə, İordaniya, Mərakeş, İran, Əlcəzair, Seneqal, Səudiyyə Ərəbistanı, Pakistan və Qayana idmançıları da vəsiqə qazanıblar.
Daha bir təmsilçimiz Dmitri Saley isə 100 m məsafəyə brass üsulu ilə üzmədə yarımfinala çıxıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər