Bakı-2017: Atletimiz bürünc medala sahib oldu
20.05.2017 512 0
Bakı - 2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında Azərbaycan atleti bürünc medal qazanıb.
Trend-in məlumatına görə, təmsilçimiz Zeynidin Bilalov 5,22 metr nəticə ilə bürünc medala sahib olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər