Bakı 2015 ilk Avropa Oyunlarında şənbə günü 5 əsas görüş baş tutacaq.Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə tinadla idman yarışlarının 27 iyun tarixinə olan proqramını təqdim edir:
Kəskin qılınclara son
Qılıncoynatma, 09:00-dan etibarən
Bakı 2015 ilk Avropa Oyunlarında kişilər arasında şpaqa ilə fərdi yarışın qızıl medal mükafatçısı və Oyunların ən yaşlı idmançısı 43 yaşlı İvan Treveyo, Bakı Kristal Zalda qılıncoynatma yarışlarının final günündə, növbəti və sonuncu qızıl medal uğrunda mübarizə üçün Fransa komandası ilə yarışacaq. Olimpiya çempionu olmuş ukraynalı Olqa Xarlan qadınların sablya ilə komanda yarışında özünü əhv etdirmək istəyir. Belə ki, o, fərdi yarışların revanj oyunlarında zəif nəticə göstərərək, növbəti mərhələyə keçə bilməmişdi.
Hovuz yarışı
Üzgüçülük, 09:30-dan etibarən
Rusiyalı gənc ulduz qadınlar arasında sərbəst yarışlara liderlik edərkən, digər bir rus idmançı qadınlar arasında brass kateqoriyası üzrə yarışda birinci sırada yer tutub. Üzgüçü Mariya Astaşkina, həmyerlisi Arina Openişeva kimi iştirak etdiyi yarışlarda tam üstünlüyü ələ ala bilməyib. Gənclər arasında 200 metr məsafəyə brass üsulu ilə üzgüçülükdə dünya rekordçusu adını qazanmış Arina, şənbə günü qadınlar arasında keçiriləcək 100 metr məsafəyə brass üsulu ilə yarışın final mərhələsində çıxış edəcək və onun cümə günü nümayiş etdridiyi çıxışından fərqli olaraq daha yaxşı nəticə qazanacağı gözlənilir.
İki rus üzgüçü birlikdə məğlubedilməz bir gücdür. Cümə axşamı cütlük komanda yoldaşları Mariya Kameneva və Polina Yeqorova ilə birlikdə, qadınlar arasında 4x100 metr məsafəyə kompleks ötürmə növü üzrə yarışlarda gənclər arasında dünya rekordunu yeniləyərək bunu sübut ediblər.
Cüdoda qızıl uğrunda mübarizə
Cüdo, 12:00-dan etibarən
Cüdo üzrə dünyanın ən yaxşı idmançılarından biri hesab olunan, 2004-cü il Afina Olimpiya çempionu, 2012-ci il London Olimpiya Oyunlarının bürünc medal mükafatçısı olmuş yunan İliyas İliadis, Bakı 2015-də -90 kq çəki dərəcəsində kişilər arasında mübarizəyə qoşulacaq.
Qadınlar arasında -78 kq çəki kateqoriyasında, Qemma Qibbons, London 2012 Olimpiyasının gümüş medalçısı Bakı 2015-in mükafatlandırma kürsüsünə qalxmaq üçün döşək üzərində mübarizəyə geri qayıdır. Kolleksiyasında çoxsayda medalların olmasına baxmayaraq, bir medal da ilk Avropa Oyunlarında əldə etmək istəyir.
Cütlüklərin final qarşılaşmaları
Badminton qızıl medalları, 18:00-dan etibarən
Kişilər və qadınlar arasında cütlər arasında qızıl medal uğrunda oyunlar 18:00-da başlayaması nəzərdə tutulur. Almaniya və Danimarka iki yarımfinal görüşlərində mübarizə aparacaq və məğlub olan bürünc medal qazanacaq.
Kişilərin təklər üzrə görüşündə üz-üzə gələn danimarkalı Emil Holst və alman idmançı Diter Domkey, titul uğrunda bir-biri ilə yarışacaq. Qarışıq cütlərin mübarizəsində isə danimarkalı cütlük Sara Taygezen və Niklas Norla, alman cütlük Rafael Bek və Kira Kattenbek ilə qarşı-qarşıya gələcəklər.
Qadınların təkbətək mübarizəsinin yarımfinal mərhələsində isə Danimarkanı təmsil edən Layn Kjayersfeldtlə, bolqar idmançı Petya Nedelçevanın görüşü baş tutacaq.
Finalda voleybolçuların savaşı
Voleybol, 18:30-dan etibarən
Bakı Kristal Zal 1-də saat 18:30-da başlanması planlaşdırılan qadınlar arasında qızıl medal uğrunda baş tutacaq qarşılaşmada, Türkiyənin Polşa ilə görüşü keçiriləcək. Hər iki komanda finala çıxmaq üçün olduqca gərgin mübarizə aparmalı olub. Voleybolçular yorğun olsalar da, ilk Avropa Oyunlarından qızıl medal mükafatı ilə ayrılmaq üçün əllərindən gələni edəcəklər.