Qılıncoynatmada arzuların komandaları
Qılıncoynatma, saat 09:00-dan etibarən
Rumıniya və Rusiya cümə günü Kristal Zalda keçiriləcək qadın şpaqaçıların və qadın rapiraçıların komanda yarışlarının favoriti hesab olunur. Onların heyətində Avropa Oyunlarının şpaqa yarışlarında yenicə çempion olmuş rumıniyalı Anna Maria Branza və rapira yarışlarında gümüş medal qazanmış rusiyalı Yana Alborov yer alır. Lakin heyətində Avropa Oyunlarının rapira yarışlarının çempionu Alis Volpi yer alan İtaliya vəziyyəti dəyişə bilər.
Kişi sablyaçıların komanda yarışında Rumıniya, Avropa Oyunlarının fərdi yarışlarının gümüş medalçısı Tiberiu Dolniseanuya, İtaliya isə bürünc medalçılar Alberto Pelleqrini və Luici Mirakkoya ümid bəsləyir.
Cüdo ləl-cəvahiratları
Cüdo, saat 12:36-dan etibarən (gözlənilən vaxt)
Sonuncu dünya və Avropa çempionu gürcüstanlı Avtandili Tçirikişvili cümə günü keçiriləcək kişilərin cüdo yarışlarında 81 kq çəki dərəcəsində mübarizə aparacaq. Qadınlar arasında 63 kq çəki dərəcəsində, dünya və Avropa çempionu fransalı Klaris Aqbeqneu titullarının sayını artırmağa çalışcaq. Aqbeqneu 2014-cü ildə keçirilmiş 32 yarışın hamısında qalib gəlib.
Çempionların qarşıdurması
Üzgüçülük, saat 18:35-dən etibarən
Cümə günü üzgüçülük yarışında çempionların qarşıdurması baş tutacaq. Belə ki, Rusiyanın gənc ulduzu və Avropa Oyunlarının çoxqat qızıl medalçısı Arina Openişeva holland üzgüçü və 100 metr məsafəyə yarışın qalibi Marrit Steenbergen qadınlar arasında 200 metr məsafəyə final mərhələsində bir-birinə qarşı mübarizə aparacaqlar. 400 metr məsafəyə yarışda qalib gəlməsindən sonra Openişevanın fiziki formasını tam bərpa edə bilməməsi 100 metr məsafəyə yarışda Steenbergenə güclü rəqib olmaması ilə nəticələnmişdi.
Bu dəfə üstünlük Opnişevanın tərəfində olacaq. Belə ki, Steenbergen həm də səhər saatlarında 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında mübarizə aparacaq və çox güman ki, 200 metr məsafəyə yarışların başlanmasından öncə yarımfinalda çıxış edəcək.
BMX velosiped idmanı
BMX velosiped yarışı, saat 14:30-dan etibarən
BMX velosiped yarışları cümə günü başlayacaq və bütün gözlər uzun zədədən qayıdan hollandiyalı Laura Smuldersin üzərində olacaq.
2012-ci il London Olimpiya Oyunlarının bürünc medal mükafatçısı sağ dizindən aldığı zədədən sonra ilk dəfə Avropa səviyyəli yarışa qoşulub və o, qadınlar arasında keçiriləcək qarşılaşmada danimarkalı Simone Kristensendən olduqca gərgin mübarizə gözləyir. Reytinqdə 9-cu olan danimarkalı belə hesab edir ki, o, bu ayın əvvəlində Danimarkanın Berinqro şəhərində baş tutmuş Avropa Velosiped Birliyinin BMX üzrə Avropa Kupasının 5-ci və 6-cı görüşlərində qazandığı qalibiyyətədn sonra Avropanın ən yaxşı idmançısına çevrilə bilib.
Fransalı Joris Dode ikiqat Olimpiya çempionu latviyalı Maris Stromberqsdən sonra kişilər arasında ən güclü idmançıdır.
Yarımfinal görüşü
Voleybol, 19:30-dan etibarən
Kristal Zalda kişilər arasında baş tutan yarımfinal qarşılaşması voleybol üzrə yarışların yekunlaşdığı son günlərdə keçiriləcək. Ən güclü mübarizə Almaniya ilə Rusiya arasında olacaq. 14 iyun şənbə günü qrupun ilk qarşılaşmasında Rusiya Almaniyanı böyük xal hesasbı ilə məğlub etmişdi. Növbəti 3 mübarizədə qalib olan Almaniya indi qisas almaq haqqında düşünür.
Danimarkalının yarımfinal üçün hazırlığı
Badminton, 10:00-dan etibarən
Danimarkalı idmançılar cümə günü Bakı İdman Zalında baş tutacaq 3 görüşdən qalib ayrılaraq yarımfinala yüksəlmək niyyətindədir.
Qarşıq cütlüklər arasında 3-cü yerdə olan Niklas Nor və Sara Zigezen püşkatmaya uyğun olaraq, çex cütlük Yakub Bitman və Alzbeta Basova ilə dörddəbir final mərhələsində üz-üzə gələcəklər.
Danimarkalı idmançı saat 10:00-da başlayacaq mübarizədə qadınlar arasında təklərin dörddəbir final mərhələsində çıxış edən Anna Zi Madsen həmyerlisi Layn Kjayersfeldlə üz-üzə gələcək.
Saat 10:00-da başlayacaq yarışlarda kişilərin təkbətək mübarizəsində danimarkalı Emil Holst püşkatmaya uyğun olaraq dörddəbir final mərhələsində reytinqdə 1-ci olan irlandiyalı Skot Yevansla üz-üzə gələcək.
Bu arada, kişilər və qadınların cütlüklər üzrə yarımfinal mərhələləri saat 18:00-da cümə günü axşam sessiyasında baş tutacaq.