«Bakı 2015»də 24 iyunda nələr olacaq
23.06.2015 556 0.0 0
Bakı 2015-də çimərlik futbolu həyəcanı başlayırQazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla idman yarışlarının 24 iyun tarixinə olan proqramını təqdim 

Şulterlərin mübarizəsi
Badminton. Saat 11:40-dan etibarən

Çərşənbə günü keçirilmiş kişilərin təklər yarışında hollandiyalı Erik Panq və ukraynalı Dmitri Zavadskini oyundan kənarlaşdıraraq, litvalı Kestutis Navickas və bolqar Blaqovest Kisyov yeni və daha mühüm mərhələyə keçiblər. İndi bu, D qrupunda yeganə qarşılaşmadı. Navickas və Kisyov arasındakı yarışın 11:40-da başlaması nəzərdə tutulur. Bu görüşdə kimin qrupa liderlik edəcəyi bilinəcək. Amma hər iki idmançı dörddəbir finala keçəcək.

Çimərlik oğlanları yaxşıca silkələnirlər
Çimərlik futbolu. Saat 16:00-dan etibarən

Bakı 2015 ilk Avropa Oyunlarının ən çox gözlənilən idman oyunlarından biri nəhayət ki, cümə axşamı başlayacaq. Belə ki, kişilərdən ibarət səkkiz komanda mübarizəyə qatılacaq. Həyəcan, klassik Aralıq dənizi mübarizəsi, İspaniya-İtaliya yarışı ilə 16:00-da başlayacaq.

Rinqin çempionları
Boks. Saat 15:45-dən etibarən

Boksun iki ulduz qadın idmançısı mübarizədədirlər. Olimpiya və Həmrəylik Oyunlarının çempionu böyük britaniyalı Nikola Adams və London 2012-in qızıl medalçısı irlandiyalı Katie Taylor öz medal şansları uğrunda müvafiq olaraq yarımfinal və dördəbir final döyüşlərinə doğru addımlayırlar.

Taylor yüngül çəki dərəcəsində (57-60kq) isveçli İda Lundblad ilə günün ikinci yarısı qarşılaşacaqlar. Adams isə yüngülvari çəki dərəcəsində (48-51kq) Türkiyəni təmsil edən Elif Coskun ilə axşam saatlarında baş tutacaq birinci yarışında üzləşəcək.

Olimpiya medalçıları mübarizədə 
Qılıncoynatma. Saat 09:00-dan etibarən

Bakı Kristal Zalda keçiriləcək kişilərin şpaqa ilə fərdi yarışı, iki dəfə dünya çempionu olan estoniyalı Nikolay Novosyolov  və London 2012 Olimpiya gümüş medal mükafatçısı norveçli Bartosz Piasecki ilə xarakterizə olunur. Daha bir izləməyə dəyər mübarizə iki dəfə Olimpiya medalçısı, Kubadan gələn əslən fransalı İvan Treveyonun yarışıdır. O, 43 yaşında hələ də güclülərdəndir.

Güclü zərbəçilər 
Voleybol. Saat 19:00-dan etibarən

Kişilərin dörddəbir finalından ibarət voleybol üzrə oyun günü, Serbiya-Almaniya qarşılaşması ilə saat 19:00-da başlayacaq. Məşqçi alman Vital Heynen Beynəlxalq Voleybol Federasiyasının Dünya Liqasından çıxaraq əsas tam heyəti ilə Bakıya gəlib. Olimpiya Oyunlarının təsnifat turnirinə xal qazanmaq üçün hamı yüksək nəticə ilə oyunu tamamlamaq istəyir və buna görə də gərginlik artır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar