Prof. Qüdrət İsaqov: İlham Əliyev yarış, dostluq və sülh istəyir!
Professor Qüdrət İsaqov Qazeta.info-ya açıqlamasında I Avropa Oyunlarına hazırlıq və ölkə başçısının bu istiqamətdəki fəaliyyəti ilə bağlı bəzi məqamlara diqqət çəkərək, prezident İlham Əliyevin səylərini dəstəklədiyini qed edib.
Qüdrət İsaqov bildirib ki, "Bakı-2015 Avropa oyunları"nın keçirilməsinə az qalıb. Oyunlar Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda minlərlə idmançının yarışacağı gözlənilir.
Oyunlar yaxınlaşdıqca ölkəmizə qarşı təzyiqlərin artmasını da hiss edirik. Qəribədir ki, adı "Avropa Oyunları" olmasına baxmayaraq bu təzyiqlər də elə Avropadan və ABŞ-dan gəlməkdədir. Bu təzyiqlərin müəllifləri dövlətlər yox, onların qeyri-hökumət təşkilatları və onlara dəstək verən bəzi dövlət məmurlarıdılar.
Amma Azərbaycanı sarsıtmağa yönəlmiş xarici təzyiqlər heç bir nəticə verməyəcək.
Çünki Azərbaycanın prezidenti İlham Əliyev yarış, barış, dostluq və sülh istəyir!!
Azərbaycan xalqı və gəncliyi də yarış, barış sülh və dostluq istəyir!
Avropanın və dünyanın bütün normal insanları da yarış, barış, sülh istəyir!
İdman yarış, barış və dostluqdur!
İdman saglam və güclü insan deməkdir!
İdman regional və qlobal əlaqələr üçün bir körpüdür!
Ona görə də "Bakı-2015 Avropa oyunları"nı dəstəkləyirik!"