Bakda ailə faciəsi- Ana və oğlu qəzada öldü
25.10.2016 533 0.0 0

Bakıda iki avtomobil toqquşması nəticəsində iki nəfər ölüb.

 

Daxili İşlər Nazirliyinin saytına istinadən verilən məlumata görə, oktyabrın 24-də saat 14 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində Gürcüstan vətəndaşı Arif Nuriyevin idarə etdiyi “MAN” və Bakı şəhər sakini Leyla Mərdanovanın idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə L.Mərdanova və sərnişini, oğlu Asəf hadisə yerində ölüblər.

 

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar