ABŞ Müdafiə Nazirliyi Pentaqon sözçüsü Steven Varren, İraqda hava hücumunda yaralandığı iddia edilən terror təşkilatı IŞİD-in lideri Əbubəkr əl-Bağdadinin hazırkı vəziyyəti haqda dəqiq məlumatı bilmədiklərini söyləyib.
Pentaqon yetkilisi Steven Varren, Pentaqonda mətbuata verdiyi açıqlamada, IŞİD lideri əl-Bağdadinin yaralandığına dair xəbərləri təsdiq edə bilməyəcəklərini qeyd edib. Varren, "Açıqcası Bağdadinin aqibətinə bağlı bir çox ziddiyyətli xəbərlər var.Həqiqət budur ki Bağdadinin mövcud vəziyyəti haqda bilgi verə bilmirik " deyə bildirib.
.
*****
İŞİD terrorçu qruplaşmasının lideri Əl Bağdadinin öldürüldüyü haqda xəbər dünən bütün dünya mətbuatının sərlövhəsi oldu.
Xatırladaq ki, Xəbərdə ilk öncə “Koalisiya təyyarələri Əl Kərim şəhərində (Əl Anbar əyaləti) Əl Bağdadinin də iştirak etdiyi toplantının keçirildiyi binaya zərbə endirməsi nəticəsində Əl Bağdadinin ağır yaralanması və daha sonra ölməsi yer almışdı.
İraqda terror təşkilatı IŞİD tərəfindən xəlifə elan edilən Əbubəkr əl-Bağdadiyə yaralandığı iddia edilən xəbər yalanlanıb.
Belə ki ,Türkiyə mətbuatının bildirdiyinə görə, IŞİD-in tanınmış isimlərindən Əbu Məhəmməd əl-Adnani, Twitter hesabından paylaşdığı məlumatda ,
"Xəlifənin ölməsiylə xilafətin sonunun olacağınımı zənn edirsiniz?" ifadəsini qeyd edən Adnani, Bağdadinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu qeyd edib.
Bildirək ki,İddiaya ilə əlaqədar müstəqil mənbələrdən heç bir açıqlama verilməyib. Koalisiya təyyarələri Əl Anbar əyalətinə olan hücum zamanı Bağdadinin yaralanma və sonra ölüm xəbəri yayılmışdı.