Bağdadda terror aktı-çoxlu insan tələfatı var
22.07.2015 598 0
Iraqın paytaxtında bir birinin ardınca iki partlayış baş verib.
TASS agentliyinə istinadən verilən məlumata görə, əvvəl Bağdadın şərq bölgəsində minalanmış avtomobilin partladılması nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb.
Şəhərin cənub hissəsində digər avtomobildə partlayıcı qurğunun işə salınması daha 2 iraqlının həyatına son qoyub.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Xatırladaq ki, Ramazan bayramı günü Bani Saad şəhərində baş vermiş partlayış 120 nəfərin ölümünə səbəb olmuşdu./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər