Azərbaycandakı Almaniya səfirliyinin təşkilatçılığı ilə 9 fevral tarixində Kapellhausda “Baddi ayısı” mükafatlandırma mərasimi keçirilib. Bir müddət bundan əvvəl “Qız Qalası” İncəsənət Qalereyasının iştirakı ilə keçirilən müsabiqənin qaliblərini səfir xanım Haydrun Tempel şəxsən təbrik etdi, onları hədiyyələrlə mükafatlandırdı.
Müsabiqədə birinci yeri tutan Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Güllərə İSR Plazanın qarşısında yerləşəcək Baddi ayısının 2 metrlik heykəlini işləmək həvalə olundu. Kapellhausda keçirilən sərgidə Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının tələbələrinin əsərləri
nümayiş olundu. Tədbirə səfirlik tərəfindən xüsusi dəvət olunmuş “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Mədəniyyət şöbəsinin rəhbəri Səyad Quliyeva, onun müavini Jalə Zülfüqarova və əməkdaşı Lalə Abuzərova istedadlı Azərbaycan gənclərini təbrik edərək gələcək işlərində uğurlar arzuladılar.