Badamdarda avtomobildə qətl törədən şəxs tutulub
09.08.2015 745 0.0 0

Avqustun 2-də saat 01 radələrində Səbail rayonunun Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətinə gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılmışdır.

Qazeta.info Daxili İşlər Nazirliyinə İstinadla bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 

Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları  əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və  əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı Pərviz Abbasov tərəfindən törədilməsi müəyyən edilmişdir. 

Həmçinin o da müəyyən edilmişdir ki, Pərviz Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törətmişdir. 

Pərviz Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunmuş və o, yaxalanaraq istintaqa təhvil verilmişdir. 

Faktla bağlı zəruri  əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar