Bəzi müxalifət partiyaları YAP-a müraciət edib
03.03.2016 696 0.0 0

Azərbaycanda bəzi müxalifət partiyalarının iştirakı ilə yaradılan “Anti-böhran koalisiyası” ölkədəki ictimai-siyasi vəziyyətin birgə müzakirəsi üçün hakim Yeni Azərbaycan Partiyasına (YAP) müraciət edib.
Bu barədə  Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu məlumat verib.
O bildirib ki, bu barədə qərar koalisiyanın bu gün keçirilən toplantısında verilib.
S. Cəlaloğlunun sözlərinə görə, hakim partiya ilə ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə etmək niyyətindədirlər: “Hesab edirəm ki, hazırkı mərhələdə hakim partiya və müxalifət təmsilçilərinin görüş keçirməsi və müzakirə aparması cəmiyyətimiz üçün də faydalı olar”.
 
S. Cəlaloğlu qeyd edib ki, koalisiya Müsavat və AXCP-yə da müraciət edib. Məqsəd bu partiyaların iştirakı ilə dəyirmi masa təşkil etməkdir.
Xatırladaq ki, koalisiyaya Böyük Azərbaycan, (BAP), Klassik Xalq Cəbhəsi (KXCP), Azadlıq, “Gələcək Azərbaycan”, Milli Konqres MKP), Azərbaycan Liberal Demokrat (ALDP), Azərbaycan Xalq (AXP), Aydınlar, Ümid, Dünyəvi Bozqurd, Vətəndaş və İnkişaf (VİP) partiyaları, “AĞ Blok” və digər partiyalar daxil olub. ADP isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak etməyə üstünlük verib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar