Bəzi məhsullar ƏDV-dən azad edilə bilər - Siyahı
18.04.2016 515 0.0 0

Azərbaycanda əlavə dəyər vergisindən (ƏDV) azad edilən idxal mallarının siyahısı genişləndirilir.
 
“APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarə rəisi Samirə Musayeva məlumat verib.
 
Onun sözlərinə görə, damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin, pestisidlərin idxalı və satışı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışından ƏDV tutulmayacaq.
 
Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar